Anbar Xidməti
Yükləriniz üçün təhlükəsiz, çevik və nəzarətli saxlama həlli
Biz yalnız daşımırıq — SRB Logistika yüklərinizin müvəqqəti və uzunmüddətli saxlanması üçün peşəkar anbar xidmətləri də təqdim edir. Logistika prosesində hər bir detal önəmlidir və yüklərin düzgün şəkildə qorunması və idarə edilməsi bütöv daşıma zəncirinin ayrılmaz hissəsidir. Anbarlarımız həm ölkədaxili, həm də beynəlxalq ticarət əməliyyatlarınız üçün etibarlı bir mərkəz kimi xidmət edir.
Nə təklif edirik?
Qısa və uzunmüddətli saxlama
Yüklərinizi istənilən müddətdə, ehtiyaclarınıza uyğun şəkildə saxlaya bilərsiniz.Çevik yer seçimi və idarəetmə
Fərqli ölçülü sahələr, müxtəlif yük tipləri üçün uyğun zonalar və çevik yerləşdirmə imkanları təqdim edirik.Yüklərin qəbulu və çatdırılması
Sizin yerinizə yüklərin qəbulu, sayılması, qeydiyyatı və istədiyiniz vaxtda çıxarılıb daşınması xidmətini təşkil edirik.İzləmə və hesabat sistemləri
Yüklərinizin anbarda vəziyyəti real vaxtda izlənilir və sizə daimi olaraq hesabat təqdim olunur.
Bu xidmət kimlər üçün idealdır?
Satış şirkətləri və distribyutorlar
İdxal və ixrac fəaliyyəti ilə məşğul olan müəssisələr
Müntəzəm yük dövriyyəsi olan bizneslər
Mövsümi ehtiyat yığımı aparan müəssisələr
Niyə SRB Logistikanın Anbar Xidməti?
İdarə olunan, təmiz və peşəkar saxlama mühiti
Geniş və müxtəlif ölçülü anbar sahələri
Təhlükəsizlik və şəffaflıq təminatı
Daşınma ilə inteqrasiya olunmuş tam logistika dəstəyi
Daşınacaq yükünüz var?
Biz təkcə daşıma həyata keçirmirik – sizə tam logistika dəstəyi, planlama, koordinasiya və təhlükəsiz çatdırılma xidməti təqdim edirik. SRB ilə yükünüz hər mərhələdə etibarlı əllərdədir.

