Rəhimov Süleyman Bayram oğlu – nəqliyyat və logistika sahəsində 30 ildən artıq təcrübəyə malik peşəkar rəhbərdir. 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur və uzun illər ərzində ölkənin aparıcı logistika və nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışaraq sahədə dərin bilik və strateji yanaşma formalaşdırmışdır.
Süleyman müəllim müxtəlif dövrlərdə “Mətanət A” şirkətində nəqliyyat üzrə vitse-prezident vəzifəsini icra etmiş, daha sonra “Veysəloğlu Şirkətlər Qrupu”nda Nəqliyyat direktoru kimi genişmiqyaslı logistika proseslərinin idarə edilməsinə rəhbərlik etmişdir. Daha sonra “AVT Logistics” şirkətində də eyni vəzifəni icra edərək ölkədaxili və beynəlxalq daşımaların daha keyfiyyətli və sistemli həyata keçirilməsində böyük rol oynamışdır.
2023-cü ilin iyul ayından etibarən SRB Group-a rəhbərlik edən Süleyman müəllim, şirkətin fəaliyyət dairəsini genişləndirmək, xidmət keyfiyyətini artırmaq və SRB-ni ölkənin ən etibarlı logistika brendlərindən birinə çevirmək istiqamətində uğurla çalışır.