2019-cu ildən etibarən SRB Group nəqliyyat və logistika sektorunda peşəkar və çoxşaxəli xidmətlər təqdim edən etibarlı şirkətlər birliyidir. Müxtəlif sahələrdəki ehtiyacları vahid mərkəzdən qarşılamaq məqsədilə qurulan SRB Logistika, SRB Transport və SRB Taksi xidmətlərini özündə birləşdirən SRB Group, Azərbaycan daxilində və beynəlxalq istiqamətlərdə effektiv, sistemli və təhlükəsiz həllər təklif edir.
Yükdaşıma təkcə bir nöqtədən digərinə daşınmaq deyil – planlama, koordinasiya və zamanında yerinə yetirmə tələb edən ciddi bir prosesdir. SRB Logistika olaraq, biz bu prosesin hər mərhələsində peşəkarlıq nümayiş etdirir və müştərilərimizə maksimum rahatlıq təqdim edirik. Yükünüzü bizə etibar etdikdə, siz artıq təhlükəsizliyə, dəqiqliyə və operativliyə əmin ola bilərsiniz.
SRB Logistika 100-ə yaxın yük maşını ilə xidmət göstərir. Avtoparkımıza Atego, Isuzu, Hyundai yük maşınları və TIR-lar daxildir. Fərqli ölçülü və funksiyalı bu nəqliyyat vasitələri ilə həm kiçik, həm də iri həcmli yüklərin daşınmasını problemsiz şəkildə həyata keçiririk.
Logistika sahəsində illərin təcrübəsinə sahib komandamız – həm sürücülərimiz, həm də idarəetmə heyətimiz – hər bir daşınmanı planlı, dəqiq və etibarlı şəkildə həyata keçirir. Müştəri məmnuniyyətini əsas prinsip kimi qəbul edirik.
Şirkətimiz yalnız Bakı və regionlararası deyil, eyni zamanda Rusiya və Türkiyə istiqamətində beynəlxalq yükdaşıma xidmətləri də göstərir. Mütəmadi reyslər və düzgün marşrut planlaması ilə yükləriniz sərhədləri asanlıqla aşır.
Əvvəlcədən razılaşdırılmış, gizli xərclərsiz qiymət təklifləri ilə xidmət göstəririk. Eyni zamanda, yükünüzün harada olduğunu real vaxtda izləyə bilərsiniz. Bu, sizə tam nəzarət və rahatlıq verir.
Müştəri
Ölkə
Daşınan yük
SRB Logistika ilə yükdaşıma daha sürətli, təhlükəsiz və problemsizdir. İstər ölkədaxili, istərsə də beynəlxalq marşrutlar üzrə – sizin üçün buradayıq.

