Logistika Planlaması
Yük daşımanın hər addımında strateji dəqiqlik və operativ idarəetmə
Effektiv logistika yalnız daşımadan ibarət deyil — planlama prosesi düzgün qurulmadıqda, vaxt itkisi, əlavə xərclər və risklər qaçınılmaz olur. SRB Logistika olaraq, yerli və beynəlxalq yükdaşımalar üçün tam logistika planlaması xidməti təqdim edirik. Bu xidmət, yükün qəbulu mərhələsindən başlayaraq, ən optimal marşrutun seçilməsini, avtomobilin təyin edilməsini, sənədləşmənin təşkili və çatdırılmanın izlənməsini əhatə edir.
Nəyə görə Logistika Planlaması vacibdir?
Əlavə xərclərin qarşısını alır
Dəqiq planlama ilə yanacaq, vaxt və işçi resurslarına qənaət edilir.Riskləri minimuma endirir
Gecikmələr, yolda problem halları və sənəd çatışmazlıqları öncədən hesablanır.Təhlükəsiz və izlənilə bilən daşınma təmin edilir
Marşrut, yükün tipi və nəqliyyat vasitəsi birgə planlanaraq izlənmə sistemlərinə inteqrasiya olunur.Müştəri məmnuniyyəti artır
Sürətli və təyin olunan vaxtda çatdırılan yüklər partnyorlarınızda güvən formalaşdırır.
Xidmətin mərhələləri:
Tələbatların təhlili
Yükün növü, ölçüsü, çatdırılma vaxtı və təyinat məntəqəsi təyin olunur.Marşrut və nəqliyyat planlaması
Ən qısa və təhlükəsiz marşrut seçilir, uyğun transport vasitəsi təyin olunur.Sənədləşmə və koordinasiya
Yükləmə, gömrük və digər logistika sənədləri hazırlanır, komanda arasında koordinasiya qurulur.İzləmə və hesabatlandırma
Daşıma zamanı real vaxt izləmə həyata keçirilir və nəticələr müştəriyə təqdim olunur.
Daşınacaq yükünüz var?
Yükünüzü etibarlı və peşəkar şəkildə planlamaq istəyirsinizsə, komandamızla əlaqə saxlayın. Ən doğru logistik qərarı birlikdə verək.

